RU

Türk aviaşirkəti Rusiyaya bütün reyslərini ləğv etdi

Türk Hava Yolları Türkiyənin Antalya, Dalaman və Bodrum kurortlarından Rusiyaya bu günə planlaşdırılan bütün reysləri ləğv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, qərar Rusiya hava limanlarında uçuşların təxirə salınması və ləğv edilməsi ilə bağlıdır (Antalyadan Moskva və Sankt-Peterburqa ən azı 16 reys təxirə salınıb).

Agentlik qeyd edir ki, Türkiyənin aşağı büdcəli hava yolu şirkəti “Pegasus” Rusiyaya uçuşların ləğvi barədə hələlik açıqlama verməyib.\\“Unikal”

Избранный
0
1
nocomment.az

10Источники