Son günlər yağan güclü yağış Qaradağ rayonu, Umbakı qəsəbəsi ilə mərkəzi birləşdirən yolun üzərindəki körpünü uçurdub.
“Xəzər Xəbər” xəbər verir ki, bu səbəbdən qəsəbənin rayon və şəhər mərkəzi ilə əlaqəsi tam kəsilib.
Hazırda aidiyyəti qurumlar problemi hell etməyə çalışır. Qeyd edək ki, bir müddət əvvəl körpünün aşağısından alternativ yol çəkilmişdi. Amma təəssüflər olsun ki, 2 gün öncə yağan yağışlardan sonra həmin yol da suyun altında qalıb.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.