RU

2000-ci illərdə istehsal edilən hansı maşınları almağa dəyər? - ARAŞDIRMA - FOTO

Dayanıqlığı və etibarlılığı ilə seçilən 2000-ci illərin avtomobilləri bu gün də sürücülərin marağına səbəb olur. Güclü mühərrik və möhkəm transmissiya ilə təchiz olunmuş bu modellər illər keçsə də performans və dözümlülük baxımından öz sözünü deməyə davam edir.

Avtosfer.az xəbər verir ki, düzgün istifadə və müntəzəm texniki xidmətlə bu modellər 500 min kilometrdən artıq məsafə qət edə bilir və hələ də əsaslı təmirə ehtiyac duymur. 

2000-ci illərin hələ də öz sağlamlığını qoruya bilən 5 modeli bunlardır: 

“Honda Accord” (2000–2007) - etibarlılığı ilə tanınan bu sedan “K” və “J” seriyalı benzin mühərrikləri və mexaniki transmissiyası ilə uzunömürlü avtomobil siyahısında ön sıralardadır. Rahat idarəetmə və keyfiyyətli salon quruluşu ilə də sevilir.

“Toyota Camry” (2002–2006) - Beşinci nəsil “Camry” 2,4 və 3,0 litrlik mühərrikləri, eləcə də avtomatik transmissiyası ilə uzun müddət problemsiz xidmət göstərən modellərdəndir. Rahatlıq və sakit gedişi ilə seçilir.

“Volkswagen Passat B5.5” (2001–2005) - xüsusilə 1.9 TDI dizel mühərriki və mexaniki ötürmə qutusu ilə “Passat B5.5” dövrünün ən dözümlü Avropa avtomobillərindən biri hesab olunur. Həm performansı, həm də interyeri müsbət qiymətləndirilir.

“Subaru Forester” (2002–2008) - boksçu mühərriki və dörd təkərdən çəkişli sistemi ilə tanınan bu model həm etibarlılıq, həm də yolsuzluq imkanları ilə fərqlənir. Gündəlik istifadə və sərt şəraitdə idarəetmə üçün uyğundur.

“Lexus LS430” (2000–2006) - flaqman sedan olaraq təqdim olunan “LS430” 4,3 litrlik V8 mühərrik və avtomatik transmissiya ilə təchiz olunub. Lüks sinfinə aid bu model uzunömürlülük və yüksək komfort təklif edir.

Bu avtomobillər hələ də ikinci əl bazarında dəyərini saxlayır və uzunmüddətli, etibarlı nəqliyyat vasitəsi axtaranlar üçün əlverişli seçim sayılır.

Eltac Zülfüqaroğlu

Избранный
0
avtosfer.az

1Источники