RU

"Arsenal" 22 yaşlı hücumçuya təklif göndərib

İngiltərə təmsilçisi "İpsviç"in 22 yaşlı hücumçusu Liam Delap karyerasını başqa klubda davam etdirə bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Transfer Football" məlumat yayıb.

"Arsenal" ingiltərəli 22 yaşlı forvardın nümayəndələrinə təklif göndərib. Futbolçu ilə "Çelsi"nin də maraqlandığı bildirilib.

Qeyd edək ki, Liam Delap bu mövsüm İngiltərə Premyer Liqasında 34 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

"Cebheinfo.az" 

Избранный
0
1
cebheinfo.az

2Источники