RU

“Barselona” axtardığı müdafiəçini “Çelsi”də tapdı

“Barselona” “Çelsi”nin kapitanı Riss Ceymsi transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı sağ cinah müdafiəçisini heyətinə qatmağı planlaşdırır.

Məlumata görə, “Çelsi” Riss Ceymsi təxminən 25 milyon funt sterlinq dəyərində qiymətləndirir. Klub uzun müddətdir zədə problemləri yaşayan futbolçu ilə yolları ayırmağa açıqdır.

“Barselona” isə həm maliyyə durumuna, həm də komandadakı ehtiyaca uyğun olaraq münasib qiymətə keyfiyyətli müdafiəçi axtarır və Riss Ceyms bu baxımdan ideal namizədlərdən biri sayılır. Transferin yayda reallaşması gözlənilir.

Избранный
0
1
7times.az

2Источники