RU

Neftçalanın icra başçısı səyyar görüş keçirdi - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Xıllı qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Xıllı qəsəbə Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbin həyətində şəhidlərimizin xatirəsinə həsr olunan abidə ziyarət olunub və önünə gül dəstələri düzülüb.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, qəsəbədaxili yollarda səkilərin təmir olunması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər.

Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.






Избранный
0
qafqazinfo.az

1Источники