RU

“Bakı Metropoliteni” ADB ilə yeni konsepsiyanın istiqamətlərini müəyyənləşdirib - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə enerji səmərəliliyinin təmin edilməsi, infrastrukturunun effektiv istismarı, mütərəqqi texnologiyalar, o cümlədən süni intellekt və data əsaslı qərarların qəbul edilməsi ilə səmərəyə nail olmaq üçün yeni konsepsiyanın hazırlanmasını özündə ehtiva edən 3 əsas istiqamət müəyyənləşdirilib. SİA “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, bu barədə qərar qurumun sədri Vüsal Aslanov ilə ADB-nin yeni yaranan sahələr üzrə enerji sektorunun direktoru Sindi Tiyankonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə qəbul edilib.

Görüş Bakı metropoliteninin fəaliyyətində yeni yaranan sahələrin inkişaf perspektivlərinin müzakirəsi və birgə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə keçirilib. Bundan başqa, görüşdə atılacaq mərhələli addımların razılaşdırılması aparılıb. Həyata keçiriləcək tədbirlər Bakı metropoliteninin beynəlxalq bilik, təcrübə və ekspert mübadiləsindən istifadə etməklə hazırladığı layihələrin texniki-iqtisadi əsaslandırması və tətbiqindən ibarət olacaq.

2025-ci ilin sonunadək bir neçə istiqamət üzrə birgə səmərəli fəaliyyətə başlanılması nəzərdə tutulur.

Избранный
0
11
sia.az

10Источники