“Mediasiyanın perspektivləri: boşanmadan sonra uşaqların hansı valideyinlə yaşaması məsələsində razılıq” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, Naxçıvan Mediasiya Təşkilatı ilə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üçün Birgə Tədbirlər Planına uyğun olaraq “Mediasiyanın perspektivləri: boşanmadan sonra uşaqların hansı valideyinlə yaşaması məsələsində razılıq” mövzusunda Şərur rayonunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov açaraq bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması, uşaqların saxlanılması üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulması mövzusundan bəhs edib. Tədbirdə Naxçıvan Mediasiya Təşkilatını təmsil edən mediator Orxan Abbas çıxış edərək ailə dəyərləri və mediasiyanın ailə mübahisələrinin həllində rolu və əhəmiyyətindən danışıb, mediasiya institutunun müvafiq sahədə həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablandırılıb.