RU

Nəqliyyat vasitələrində gedişhaqqının bank kartları ilə ödənilməsi təklif edilib

Azərbaycanda dəmir yolu ilə yanaşı digər nəqliyyat vasitələrində də gedişhaqqını kartla ödəmək üçün təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilib.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

"Biz buna hazırıq. Hazırda müştərilərimiz dəmir yolunda ödənişi təkcə kartla deyil, həm də "Applepay" və "Googlepay" vasitəsi ilə həyata keçirə bilir. Bu imkanı da onlara təmin etmişik. Digər ictimai nəqliyyat vasitələrində kartdan istifadə ilə bağlı təkliflərimiz müvafiq qurumlara vermişik. Əgər onlardan müsbət rəy olsa, bununla bağlı hazırlığımız və bilik-bacarığımız var. Bu xidmətin əhatə dairəsini sürətlə genişləndirə bilərik", - deyə o qeyd edib. 

Избранный
0
9
qaziler.az

10Источники