RU

Deputat: “Əsrin müqaviləsi” imzalanmasaydı, ölkəmizdə siyasi sabitlik də olmazdı

BAKI, 8 may. TELEQRAF

“Xalq var tarixini yazırlar, xalq da var öz tarixini özü yazır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən xüsusi iclasında deyib.

O bildirib ki, XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətləri sayəsində Azərbaycan xalqı da dünyanın bu mübariz xalqları arasında öz yerini təsdiqlədi”.

Deputat qeyd edib ki, hadisələrə retrospektiv yanaşaraq təhlil etdikdə bir daha aydın olur ki, 2020-ci il Vətən müharibəsindəki Şanlı Zəfərimizə aparan yol Ümummilli Lider Heydər Əliyevin uzaqgörən idarəçiliyindən və dövlətçilik strategiyasının tətbiqindən başlayıb:

“Əgər 31 il əvvəl, elə may ayında Atəşkəs haqqında razılaşma əldə olunmsaydı, ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalanmasaydı, ölkəmizdə nə siyasi sabitlik bərqərar olardı, nə də sonrakı illərdə Dövlətimizin iqtisadi-maliyyə gücü yaranardı, nə də ki hərbi gücümüz formalaşardı”.

“Bir faktı vurğulamaq istərdim ki, Heydər Əliyevin düşünülmüş strategiyası sayəsində neft, qaz və onların ixrac marşrutlarına dair sazişlər Bakı ilə yanaşı, Kremldə, Ağ evdə, Yelisey sarayında, Donunq strit 10 ünvanlarıda imzalandı, bu siyasi ofislərinin bəzilərinin tarixində ilk dəfə idi ki, bu tipli kommersiya xarakterli sazişlər imzalanırdı. Beləliklə, neft müqavilələri həmçinin Azərbaycanın dünya miqyasında tanınmasına, beynəlxalq arenada siyasi-diplomatik münasibətlər yaratmasına təkan verdi. Təsadüfi deyildir ki, Almaniyanın Hamburqdakı Şərq tədqiqatları Mərkəzi 2001-ci ildə “Bakını neft diplomatiyasının mərkəzi” adlandırmışdı. Şanlı Zəfərimiz nəticəsində Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiyamız dövlətimizin bütün ərazisində tətbiq edilməyə başladı, dövlət orqanlarımız bütün suveren ərazilərimizdə öz yurisdiksiyasını icra etməyə başladı”.

Избранный
0
teleqraf.com

1Источники