RU

Məşhur UFC döyüşçüsü Bakıya nə vaxt GƏLİR?

Rafael Fiziyev "UFC Fight Night" turnirində iştirak etmək üçün Bakıya nə vaxt gələcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü ölkəmizə tədbirə bir həftə qalmış təşrif buyuracaq.

Fiziyev bunu "Vestnik MMA" YouTube kanalına açıqlamasında deyib: "Həmişəki kimi Bakıya turnirə bir həftə qalmış - şənbə günü gələcəm. Bazar ertəsi isə birbaşa hazırlıq başlayacaq.

Bakı aran ərazidədir və orada Tailanddakından daha az rütubət var, ona görə də mənim üçün daha asan olacaq".

Qeyd edək ki, iyunun 21-də “Baku Crystal Hall”da keçiriləcək UFC turnirində Fiziyev çilili döyüşçü İqnasio Bahamondeslə qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
0
1
bizim.media

2Источники