Kibertəhlükəsizliklə bağlı məsələ hər zaman bizim gündəliyimizdədir. Bizim üçün müştərilərin təhlükəsizliyini qorumaq çox önəmlidir. Bizim rəqəmsal platforma ən təhlükəsiz platformadır.
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, biz xarici tərəfdaş vasitəsilə öz mobil platformamıza yeni mobil həll gətirmişik. Müştərilər həm android, həm də Apple cihazları istifadə edirlər. Apple cihazları daha təhlükəsizdir. Amma bizim texnoloji həll imkan vermir ki, hər hansı bir zərərli proqram platformaya giriş əldə etsin. Həm Opt, həm də Sima ilə ikili giriş imkanı tətbiq etdik müştərilərə, bu da təhlükəsizliyi artırır. Görürük ki, bəzi müştərilər cəlbedici təkliflərə aldanaraq, tutaq ki, filan məhsulu 80% endirimlə əldə edə bilrəsiniz kimi təkliflərlə rastlaşır, müştəri də həmin linkə daxil olur, bank məlumatlarını qeyd edir, Opt kodu da daxil edir və dələduzlar artıq bank məlumatlarını əldə edirlər. Bu halların qarşısını almaq üçün isə silsilə təbliğat, məlumatlandırma tədbirləri həyata keçirilir. Digər yandan isə qeyd edim ki, biz tam təhlükəsizliyimizi təmin etmək üçün İSO sertifikatlaşmasından keçmişik.