RU

Münasibətləri bitirən "zəhərli" cümlə

"Münasibətlər adətən bir gecədə bitmir. Kiçik, təkrarlanan şifahi səhvlər zamanla toplanır və emosional məsafə yaradır".

Mütəxəssislərin fikrincə, münasibətlərdə deyilən bəzi cümlələr mübahisədən kənara çıxaraq geri dönməz yaralar yarada bilər. Amerikalı psixoloq doktor Mark Travers xəbərdarlıq edir ki, cütlüklər arasında tez-tez səslənən bir ifadə münasibətləri zəhərləyə bilər.

News24.az xəbər verir ki, münasibətləri məhv edən “toksik müqayisə”dir. Onun fikrincə, bu cümlə partnyorunuzu başqasına - keçmişə, dosta, ailə üzvünə və ya keçmişdən olan "sən"ə bənzədərək özünə hörmətini zədələyən ciddi pozuntu mənasını daşıyır.

Doktor Travers bu vəziyyəti “müqayisə ilə ölüm” kimi təsvir edir. İlk baxışdan qəzəblə deyilən sadə şikayət kimi görünsə də, altında yatan mesaj daha dağıdıcıdır: “Sən kifayət deyilsən”. Mütəxəssis bildirir ki, bu cür müqayisələr uzunmüddətli perspektivdə inam problemlərinə, özünə inamın itirilməsinə və əlaqələr daxilində ünsiyyətin dağılmasına səbəb ola bilər.

Bu cümlənin təhlükəli olmasının başqa bir səbəbi basdırılmış hisslərdir. Traversin fikrincə, insanlar öz mənfi hisslərini ifadə etməkdən qorxduqları zaman bu hisslər onların daxilində formalaşır, partlayış həddinə çatır və nəhayət, dağıdıcı cümlə gəlir: "Niyə daha çox onun arvadı və ya sevgilisi kimi ola bilmirsən? O, planlar qurur".

Mütəxəssislər bildirirlər ki, insan münasibətdə özünü nə qədər güvənli və emosional olaraq yaxın hiss edirsə, ehtiyaclarını birbaşa ifadə etmək ehtimalı bir o qədər yüksəkdir.

Mütəxəssislərin fikrincə, sevgi dolu münasibətlərin təməli empatiya, anlayış və açıq ünsiyyətdir. Müqayisələri birbaşa, lakin konstruktiv ifadələrlə əvəz etdikdə cütlər arasında əsl bağ yarana bilər.

Günel Məlikzadə

Избранный
0
news24.az

1Источники