RU

“Google” bəzi işçilərini ixtisar edib - Say açıqlandı

ABŞ-nin texnologiya nəhəngi “Google” satış və tərəfdaşlıqlara cavabdeh olan qlobal iş bölməsində təxminən 200 nəfərin işinə son verib. 

 

Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb.


Şirkət verdiyi açıqlamada, müştərilərə daha sürətli və effektiv xidmət göstərmək, eləcə də komandalar arasında əməkdaşlığı artırmaq məqsədilə struktur dəyişiklikləri apardığını bildirib.


Son illərdə böyük texnologiya şirkətləri xərclərini əsasən süni intellekt və məlumat mərkəzlərinə yönəldir, digər sahələrdə isə ixtisara gedirlər. “Google” da bu strategiyanı izləyən şirkətlər sırasındadır.


Qeyd edək ki, “The Information” ötən ay da “Google”un “Android”, “Pixel” və “Chrome” kimi məhsulları əhatə edən platformalar və cihazlar bölməsində yüzlərlə əməkdaşını ixtisar etdiyini bildirmişdi.


2023-cü ilin yanvarında “Google”un ana şirkəti “Alphabet”, qlobal işçi qüvvəsinin 6 faizini, yəni 12 000 nəfəri ixtisar etməyi planlaşdırdığını açıqlamışdı. Şirkətin 2024-cü ilin sonunda 183 323 əməkdaşı olduğu bildirilir.


Bəsti Rəfizadə
Sfera.az

Избранный
0
sfera.az

1Источники