RU

Lukaşenko: Hakimiyyətdə buna görə uzun müddət qaldım

BAKI, 8 may. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko gənc nəsli hazırlamaq üçün hakimiyyətdə uzun müddət qaldığını iddia edib

Teleqraf xəbər verir ki, o, bu barədə paytaxt Minskdə Beynəlxalq Sərgi Mərkəzinin açılış mərasimində bildirib.

“Sizə söz verdiyim kimi: əslində hakimiyyətə yeni nəsil gətirilib. Amma mən (hakimiyyətdə) bir az gecikmişəm, amma səbr edin, çünki orada təcrübəli insanlar olmalıdır”, - dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, gənclərin nəyə qadir olduğuna baxmaq və nəticə çıxarmaq lazımdır:

“Mən artıq sizdən heç nə tələb etmirəm. Qalan hər şeyə biz qərar verəcəyik. Mən prezident kimi öz məsələlərimlə məşğul olacağam. Hər şey öz yerindədir, bu maşın uğurlu şəkildə işləməlidir”.

Xatırladaq ki, Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir.

Избранный
0
teleqraf.com

1Источники