RU

Makronun Suriya prezidentinə vədi: Biz yerinə yetirəcəyik, ABŞ da təşviq edilsin

Fransa prezidenti Emmanuel Makron Avropaya ilk səfərini edən Suriya prezidenti Əhməd əl-Şaraanı Yelisey sarayında qəbul edib.

Publika.az xəbər verir ki, liderlər görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər.

Makron Fransanın Suriya ilə uzun tarixə malik olduğunu vurğulayıb. O, mənşəyindən, dinindən və statusundan asılı olmayaraq hər kəsin bərabər vətəndaşlıq hüququna malik olduğunu, Suriya xalqının azadlığını dəstəklədiklərini ifadə edib:

“Suriyanın sabitliyi və birliyi Yaxın Şərqin sabitliyi, fransızların və avropalıların təhlükəsizliyi üçün vacibdir”.

Makron bəyan edib ki, Avropa İttifaqı Suriyanın yenidən qurulmasında ölkəyə qarşı sanksiyaları tədricən aradan qaldırmağa davam edəcək. O, həmçinin ABŞ-ın da bunu etməyə təşviq edilməli olduğunu vurğulayıb.

Избранный
0
publika.az

1Источники