BAKI, 8 may. TELEQRAF
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Kanada arasında ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 47,2 dəfə artaraq 138,4 milyon dolları üstələyib.
Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, Azərbaycanın Kanadaya ixracı 6,1 milyon dollar təşkil edib ki, bu da 19 dəfə artım deməkdir, Kanadadan Azərbaycana idxal isə 132,2 milyon dollar olub və 50,7 dəfə artıb.
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Kanada ilə ticarətin payı 1,14% təşkil edib.