RU

Aleksandr Vuçiç: “Serbiya Avropa yolunda qalacaq”

Aleksandr

Serbiya prezidenti Aleksandr Vuçiç mayın 7-də axşam Moskvaya uçaraq Qızıl meydanda olub. Serbiya lideri Kremlin divarları önündə deyib ki, Rusiyaya səfərinə başqa ölkələrin reaksiyası onu maraqlandırmır.

Reyting.az
-ın məlumatına görə, A. Vuçiç bildirib ki, Serbiyanınavropapərəstlik yolundan imtina etdiyini deyənlər həmişə tapılacaq.

Serbiya prezidenti respublikanın Avropa yolunda qalacağına əminliyini ifadə edib. “Əgər kimisə cəzalandırmaq istəyirlərsə, qoy məni cəzalandırsınlar”.

Serbiya prezidenti qarşıdakı planlarından da danışıb: o, patriarx Kirilllə görüşəcək və ona orden təqdim edəcək, cümə axşamı, mayın 8-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə, mayın 9-da Çin Xalq Respublikasının sədri Si Cinpinlə, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Onu da xatırladaq ki, prezident Vuçiçin təyyarəsi Moskvaya uçarkən dron təhlükəsi səbəbindən Bakıya məcburi eniş etmişdi.

E. KAMAL
Избранный
0
reyting.az

1Источники