RU

Masallı rayonunda birgə regional müşavirə keçirilib

Bakı, 8 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Masallı rayonunun meşəlik ərazisində birgə regional müşavirə keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə hər iki yerli qurumun əməkdaşları iştirak ediblər.

Müşavirədə çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə sahəsində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, meşə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri olduqca vacibdir.

Müşavirənin praktiki hissəsində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının qüvvə və texnikalarını cəlb etməklə şərti olaraq baş vermiş meşə yanğının qarşısının alınması, eyni zamanda, xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazidə 6-8 metr enində sahənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.

 

 

Избранный
0
4
azertag.az

5Источники