
ABŞ tərəfi hesab edir ki, Çinin nüvə başlıqları arsenalı 600 ədədi ötür.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin müavini Endryu Qebara deyib.
“Bir il əvvəl bu komitə qarşısında sonuncu çıxışımdan bəri Çin öz arsenalına 100-dən çox nüvə silahı əlavə edərək, ümumi arsenalını 600-dən çoxa çatdırıb”, - o, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə bildirib.
Qebara həmçinin bildirib ki, Çin nüvə qüvvələrini kütləvi şəkildə genişləndirir, modernləşdirir və şaxələndirir.