RU

DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”

“Heç bir halda bankınız sizin məxfi məlumatlarınızı e-poçt, telefon, SMS vasitəsilə tələb etmir, “kartınıza müdaxilə var” demir, soruşmur, soğru aparmır”.

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Rlşad Hacıyev vətəndaşlara müraciətində qeyd edib.

“Kartın nömrəsi, istifadə müddəti və CVV, təhlükəsizlik kodları və ya PIN-lər, OTP (birdəfəlik parol) soruşulursa, cinayət tələsidir. Heç bir kart sahibi hər hansı məlumatı verməməlidir!”, - E.Hacıyev vurğulayıb.

O bildirib ki, mayın 7-də 22 fakt - kiber oğurluqlar üzrə ən yüksək məbləğ 12082, ən kiçik məbləğ 8 manat olub. Bütün zənglər xaricdən olub, oğurluqlar əsasən “karta müdaxilə” adı ilə törədilib.

Избранный
0
3
modern.az

5Источники