RU

Türkiyə XİN: Avropa Parlamentinin hesabatı qərəzlidir

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin (AP) Baş Assambleyası tərəfindən qəbul edilən 2023-2024-cü illər üzrə Türkiyə ilə bağlı hesabatda təhrif olunmuş, qərəzli və həqiqətə uyğun olmayan ittihamların yer aldığını vurğulayır.

Məlumatı “Anadolu” verib. 

Xarici İşlər Nazirliyi bəyan edib ki, əsassız qiymətləndirmələr terror təşkilatları üçün təbliğat bazası kimi xidmət edir: “Avropa Parlamentinin Baş Assambleyasının bu gün qəbul etdiyi Türkiyə ilə bağlı 2023-2024-cü illər üzrə hesabatda ölkəmizə qarşı təhrif olunmuş, qərəzli və həqiqətə uyğun olmayan ittihamlar yer alıb. Ölkəmizdəki siyasi dinamika, xarici siyasətimiz və dövlət başçısının ŞKTC-yə səfəri ilə bağlı bəzi əsassız qiymətləndirmələri rədd edirik”.

Türkiyə Xarici İşlər Nazirliyi hesab edir ki, AP qarşıdakı dövrdə Türkiyənin Aİ ilə əlaqələrinin davam etdirilməsinə, o cümlədən Türkiyənin Avropa İttifaqına (Aİ) qoşulması prosesinin qarşılıqlı fayda əsasında davam etdirilməsinə töhfə verməlidir.

P.ƏMİRCANOV
XQ

Избранный
0
xalqqazeti.az

1Источники