RU

Azərbaycana idxal olunan günəş eynəklərinin qiyməti bahalaşıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 221 min476 ədəd günəş eynəyi gətirilib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu miqdarda eynək idxalına çəkilənxərc 652,7 min ABŞ dolları olub.

Günəş eynəklərinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 61 min 685 ədəd və ya 21,8% azalıb, dəyərifadəsi ilə 7,2 min ABŞ dolları, yaxud da 1,1% artıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana 645,5 min ABŞdolları dəyərində 283 min 161 ədəd günəş eynəyi gətirilib.

Cari ilin hesabat dövründə Azərbaycana idxal olunmuş bir ədədgünəş eynəyinin orta idxal qiyməti 2,95 manat olub ki, bu da, illikmüqayisədə 0,67 manat, yaxud da 29,4% bahadır. 2024-cü ilin eyniaylarında bu qiymət 2,28 manat idi.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycandan 200 ABŞ dollarıdəyərində 31 ədəd günəş eynəyi ixrac edilib.

Избранный
0
az.trend.az

1Источники