RU

Paşinyan partiya rəhbərliyini yeniləmək istəyir – KİV


Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkiləri ərəfəsində “Mülki müqavilə” partiyasının idarə heyətini yeniləmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Paşinyan seçkilərə “yeni partiya siması” ilə yanaşmaq üçün rəhbərliyin tam yenilənməsini həyata keçirməyi planlaşdırır.
Bu kontekstdə partiya üzvlərinin davranışları, eləcə də onların korrupsiya sxemlərində iştirakı ilə bağlı yayılan şayiələr və ittihamlar kollegiya iclaslarında fəal müzakirə olunur.
Mahiyyət etibarı ilə baş nazir partiya üzvləri üçün bir növ “imtahan” təşkil edir: ondan keçənlər seçki komandasına qoşulacaq, qalanları çıxarılacaq.
Mənbələrin bildirdiyinə görə, Paşinyan artıq əməkdaşlığı davam etdirməyi planlaşdırmadığı deputatların siyahısını formalaşdırıb.
Избранный
0
yeniavaz.com

1Источники