RU

Azərbaycanda bu il 4 kanal cəzalandırılıb – SƏBƏBLƏR (SİYAHI)

Yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bəzi televiziya kanalları yayımlanan məzmunlara görə Audiovizual Şura tərəfindən cəzalandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev məlumat verib.

Qanun pozuntularına yol verildiyinə görə kanallardan üçü müvəqqəti yayım dayandırılması, biri isə xəbərdarlıqla üzləşib. Qanun pozuntuları əsasən haqsız reklam, səhiyyə sahəsində şəffaflığın pozulması və cinayətkarların müsbət kontekstdə təqdim edilməsi ilə bağlı olub.

Məlumatda qeyd edilib ki, “MTV” televiziya kanalının efirində 03 fevral 2025-ci il tarixdə yayımlanan reklam çarxında tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adının göstərilməməsinə və “Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir” ifadəsindən istifadə edərək haqsız reklama yol verilməsinə görə Audiovizual Şura tərəfindən kanalın yayımı 07 fevral 2025-ci il tarixində 3 saatlıq müddətə dayandırılıb.

Həmçinin “Dünya TV” televiziya kanalının efirində 03 fevral 2025-cü il tarixdə yayımlanan reklam çarxında tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adının göstərilməməsinə görə Audiovizual Şura tərəfindən kanalın yayımı 07 fevral 2025-ci il tarixində 3 saatlıq müddətə dayandırılıb.

“Kanal S” televiziya kanalının efirində 28 mart 2025-ci il tarixində yayımlanan “Sözün bitdiyi an” proqramında ayrıseçkiliyi təbliğ edən informasiyaya yol verildiyinə görə Audiovizual Şura tərəfindən kanalın yayımı 24 saatlıq müddətə dayandırılıb.

“Space TV” kanalının efirində 21.04.2025-ci tarixində yayımlanan “Tarixin bir günü” proqramında ağır cinayət törətməkdə (qəsdən adam öldürmədə) təqsirli bilinərək məhkəmə qərarı ilə həbs edilmiş meyxanaçının ad günü münasibətilə övladları və bir sıra meyxanaçıların iştirakı ilə aparıcı Tarix Əliyev tərəfindən ağır cinayət törətmiş şəxsi müsbət obraz kimi təqdim etməsi və bu istiqamətdə səsləndirilmiş bəzi fikirlərə görə Audiovizual Şura tərəfindən kanala xəbərdarlıq edilib.

Избранный
0
3
konkret.az

4Источники