"Google Maps" proqramında bəzi istifadəçilər Fars körfəzinin adının "Ərəb körfəzi" olaraq dəyişdirildiyini görüblər.
BAKU.WS xəbər verir ki, Yaxın Şərqdən olan istifadəçilər "Ərəb körfəzi" və ya "Fars körfəzi" sözlərini axtarsalar, xəritədə "Ərəb körfəzi" adını görəcəklər.
Google bu dəyişikliyin səbəblərini hələ izah etməyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl körfəzin adının dəyişdirilməsini istəyib. ABŞ ordusu illərdir öz bəyanatlarında və şəkillərində birtərəfli qaydada Fars körfəzini Ərəbistan körfəzi adlandırır.