RU

Gənc dəri üçün bunları yeyin

Hər yaşda gənc görünməyin yolu süfrənizdəki qidalardan keçir. Yeni bir araşdırma meyvə, tərəvəz və içkilərdə olan bəzi təbii komponentlərin qocalma prosesini ləngidə biləcəyini ortaya qoyub.

News24.az dərinizi cavan saxlayacaq qidaları təqdim edir:

1. QARA ÇAY

Milli Tibb Kitabxanasında dərc edilən bir araşdırmada qara çayın ayıqlığı və diqqəti yaxşılaşdırdığı, bununla da stressi azaldır və depressiya riskini azaldır. Flavonoidlərlə zəngin olan bu içki koqnitiv performansı artırmağa, yaddaşı, sürəti və diqqəti yaxşılaşdırmağa kömək edir.

2. QIRMIZI MEYVƏLƏR

Alma, üzüm, albalı və sitrus meyvələri kimi meyvələrdə antioksidantlarla zəngin flavonoidlər var. Bu antioksidanlar sərbəst radikalları zərərsizləşdirərək hüceyrə zədələnməsinin qarşısını alır və xroniki xəstəliklərdən qoruyur.

3. TÜND ŞOKOLAD

Milli Tibb Kitabxanasında dərc edilən bir araşdırma, iki həftə ərzində gündə 40 qram tünd şokolad istehlakının qadınlarda stressi təsirli şəkildə azaldır. Bu sağlam qəlyanaltı flavonoidlərlə də zəngindir və yaşa bağlı azalmanı yavaşlatmağa kömək edə bilər.

4. TƏRƏVƏZ

Təkcə meyvələr deyil, soğan, kələm, kərəviz, yerkökü, brokoli və soya kimi tərəvəzlər də flavonoidlərlə zəngindir. Onlar həmçinin ürəyi sağlam saxlamağa, qan təzyiqini və "pis" xolesterin səviyyəsini azaltmağa kömək edir, insult riskini azaldır.

5. SİTRUS MEYVƏSİ

Portağal, naringi və qreypfrut kimi sitrus meyvələri həm immunitet sistemini gücləndirir, həm də oksidləşdirici stressi azaldaraq hüceyrə yaşlanmasını gecikdirir.

Günel Məlikzadə

Избранный
0
news24.az

1Источники