Şimali Koreyanın atdığı iddia edilən ballistik raket Yaponiyanın iqtisadi zonasından kənara düşüb.
News24.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı mənbələrə istinadən məlumat yayıb.
Xəbərə görə, baş nazirlikdəki böhran mərkəzində məlumatları araşdırmaq üçün xüsusi qrup yaradılıb.
Bundan əvvəl Cənubi Koreyanın Yonhap agentliyi Şimali Koreyanın Yapon dənizinə doğru naməlum ballistik raket atdığını bildirib.
Yaponiyanın baş naziri Şiqeru İşiba bildirib ki, səlahiyyətlilər Şimali Koreyanın mümkün raket buraxılışından xəbərdardırlar və məlumat toplayırlar.
Günel Məlikzadə