RU

Şuşada konfrans: “Ümummilli Lider Heydər Əliyev yolu müasir Azərbaycan tarixinin uğur salnaməsidir”

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Ümummilli Lider Heydər Əliyev yolu müasir Azərbaycan tarixinin uğur salnaməsidir” mövzusunda konfrans keçirilib.

Demorkat.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edilib. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransda Şuşa rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəsi Aydın Kərimov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi, Vətənə, xalqa qarşı misilsiz xidmətlərindən danışıb, müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin dayandığını qeyd ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edilib.

Избранный
0
demokrat.az

1Источники