RU

Çempionlar Liqası: PSJ "Qarabağ"ı irəli apardı

BAKI. 8 may. TELEQRAF

"Qarabağ" klubunun 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacağı dəqiqləşib.

Teleqraf xəbər verir ki, bu, cari mövsümün yarımfinalçılarının adlarına aydınlıq gəldikdən sonra məlum olub.

İtaliya "İnter"i kimi,Fransanın PSJ komandası da gələn mövsüm qitənin ən nüfuzlu klub turnirinə vəsiqəni bunadək öz çempionatlarından əldə edib.

Yarımfinalçılardan yalnız İngiltərə "Arsenal"ı Çempionlar Liqasına Premyer Liqa vasitəsilə vəsiqəni hələ təqdim etməyib. Lakin PSJ "Arsenal"ı məğlub edərək, finala yüksəldiyindən, artıq "Qarabağ" üçün heç bir maneə qalmayıb.

Qaydalara əsasən, finalçılar gələn mövsüm Çempionlar Liqasına vəsiqəni öz çempionatları vasitəsilə qazandıqları üçün yerdəyişmələr baş verib. Beləliklə, Yunanıstan "Olimpiakos"u qrup mərhələsində iştirak hüququna yiyələnib.

Bu qayda ilə digər mərhələlərin iştirakçıları da yerlərini dəyişməyə başlayıblar. Nəticədə Slovakiya çempionu "Slovan" (Bratislava) və "Qarabağ" II təsnifat mərhələsindən mübarizəyə başlamaq hüququna yiyələnib.

Qeyd edək ki, "Qarabağ" ötən mövsüm də Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlamışdı.

Избранный
0
teleqraf.com

1Источники