Bu günlərdə sabiq deputat Etibar Əliyev verdiyi açıqlamada maraqlı bir təkliflə çıxış etdi ki, deputatların dil bilikləri yoxlanılmalıdır.
Bu belə bir təklifin yaxın vaxtlarda qüvvəyə minməsi nə dərəcədə uyğundur? Ümumilikdə millət vəkili kimi mühüm bir işi icra edən şəxsin dil biliyinin aşağı olması nə qədər doğrudur ?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Referans- ın suallarını cavablandırıb.
Ekspert qeyd edib ki, hal-hazırda ölkəmizdə dövlət dilinin daha da geniş təbliği və eyni zamanda tətbiqi ilə bağlı müvafiq qurumlarda işlər görülür. Buna həm səhiyyə istiqamətində, həm təhsil istiqamətində çalışan təhsil verənlərin sertifikasiya prosesinə cəlb olunması və eləcə də digər sferalarda da əlbəttə ki konstitusiya ilə bizim təsdiq olunan dilimiz, hansı ki dövlət dili Azərbaycan dilidir.
Elçin Əfəndi onu bildirib ki, bu dildə hər bir vətəndaşımız mütləq bilməlidir. Bu bizim konstitusiyamız ilə olan bir vəzifəmizdir. Borcumuzdur ki öz dövlət dilimizi bilək. O cümlədən də düşünürəm ki, müxtəlif dövlət qurumlarımızda çalışan şəxslər, həmçinin seçki əsasında ali qanunverici orqanda fəaliyyət göstərən millət vəkillərinin də ümumi dil biliklərinə hardasa baxıla bilər.
Ekspert həmçinin onu da bildirib ki, dilin qoruması və gələcək nəsillərə ötürülməsi vacibdir. Sabiq millət vəkili Etibar Əliyevin də bildirdiyi kimi deputatların dil biliyinin yoxlanılması vacibdir. Burada müddət məsələsi var. Deputatlar deyir ki, 5 il yox daha uzun müddətli seçilə bilərsə təbii ki o dövrü ən azından keçmək olardı. Amma hazırkı vəziyyətdə əlbəttə ki, ən azı səlahiyyət çərçivəsi 5 ildirsə iki ildən sonra onların dillə bağlı bilik və bacarıqları yoxlanıla bilər. Bunun Milli Məclisdə müzakirəsi aparılmalıdır. Ondan sonra məsləyə baxıla bilər. Amma qaldı ki , ana dili ilə bağlı bilik səviyyəsinin aşağı olması məsələsi düşünürəm ki, bu doğru olmaz.
"Mütləq millət vəkilləri öz doğma dillərini bilməlidir, bu daha vacibdir. Mən belə düşünürəm ki, hər bir millət vəkili öz deputat seçildiyi bölgə üzrə ən azından bir növ təbliğ etməlidir. Ona görə də dil biliyinin aşağı olmasının əlbəttə ki mən də tərəfdarı deyiləm . Əgər qarşıda dil biliklərinin yoxlanılması prosesi olarsa bu məsələyə müsbət bir məqam kimi yanaşmaq olar",- deyə ekspert əlavə edib.
Bünyamin Çingizoğlu
Referans