RU

Rusiya: Ukrayna Qələbə Paradını pozmağa çalışacaq

Ukrayna Rusiyanın təcrid olunması görüntüsü yaratmaq üçün Moskvada keçirilən Qələbə Paradını pozmaq istəyir...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Konstantin Bloxin “İzvestiya”ya bildirib.

"Niyə Kiyev bu məsələdə barışmazdır? Onlar üçün 9 May Rusiyanın beynəlxalq nüfuzu məsələsidir. Əgər Kiyev bayramı poza bilsəydi, bu, Rusiya Federasiyasının zəifliyini nümayiş etdirərdi", o, deyib.

Öz növbəsində hərbi ekspert Viktor Litovkin qeyd edib ki, Ukrayna Qələbə Günündə Rusiyanın təklif etdiyi atəşkəsdən imtina edib. İndi Kiyev öz iddiasını sübut etməyə çalışaraq təxribatlar törədəcək, o əmindir.

Qeyd edək, aprelin 28-də Rusiya prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümünün qeyd olunduğu müddətdə atəşkəs elan edib. Dövlət başçısının fərmanına əsasən, atəşkəs mayın 7-dən 8-nə keçən gecə yarısından mayın 10-dan 11-nə keçən gecə yarısınadək qüvvədə olacaq. Bu müddət ərzində Putin bütün hərbi əməliyyatları qadağan edib.

Poliqon.info 

Избранный
0
poliqon.info

1Источники