RU

Keniyada 5000 qarışqa ilə tutulan belçikalılar cərimələnib

Keniyada 5000 qarışqa ilə tutulan iki Belçika vətəndaşı məhkəməyə çıxarılıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nakuru bölgəsində keçirilən əməliyyatla 19 yaşlı Belçika vətəndaşları Lornoy David və Seppe Lodevijckx saxlanılıblar.

Məlumata görə, onlarq qanunsuz qarışqa ovunda günahlandırılıblar: "Onlar 5000 qarışqanı hobbi kimi topladıqlarını iddia etsə də, istintaq faktın belə olmadığını, hər iki şəxsin əslində, nadir tapılan qarışıqların ticarəti ilə məşğul olması qənaətinə gəlib. Beləliklə, Nakuru məhkəməsinə çıxarılan belçikalıların hər birinə hakim 7700 dollar cərimə kəsib. Əgər onlar cəirmədən imtna edərlərsə, o zaman 12 ay həbs cəzası ilə üzləşəcəklər".

Səlim Novruzov

MİA.AZ

Избранный
0
1
mia.az

2Источники