RU

Kamçatkada 5,1 maqnitudalı zəlzələ baş verib

Bakı. Trend:

Rusiyanın Kamçatka diyarının Avaça körfəzi akvatoriyasında 5,1maqnitudalı zəlzələ qeydə alınıb.

Trend xəbər verirki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin mətbuatxidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 58 kilometr dərinlikdə başverib. Zəlzələnin Petropavlovsk-Kamçatski şəhərinin bəzihissələrində 3 bal gücündə hiss olunduğu qeyd edilib.

Hazırda dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur.Yerli səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Избранный
0
az.trend.az

1Источники