RU

Pakistan əsgərləri Cammu və Kəşmirdə Nəzarət Xəttinə atəş açıb

Pakistan cümə axşamı gecəsi Hindistan Birliyinin Cammu və Kəşmir ərazisindəki Nəzarət Xətti boyunca səbəbsiz atəş açıb...

Poliqon agentliyi xəbər verir ki, bu barədə Hindistanın quru qoşunları məlumat yayıb.

"Mayın 8-də Pakistan ordusunun postları Cammu və Kəşmirdə Kupvara, Baramulla, Uri və Axnova ilə üzbəüz ərazilərdə Nəzarət Xətti boyunca kiçik silahlardan və artilleriyadan atəşə tutulub", hərbçilər bildirib.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Poliqon.info 

Избранный
0
poliqon.info

1Источники