Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketi çərçivəsində 54 fiziki şəxsi, 14 şirkəti və 149 tankeri qara siyahıya daxil etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə Brüssel portalı “EUObserver” yazıb. Portal Avropa Komissiyasının mayın 6-da Aİ ölkələrinə göndərdiyi təklifə istinad edib.
Daha əvvəl “Bloomberg” agentliyi həmin sənədlərə əsaslanaraq 60 hüquqi və fiziki şəxs və 150 tanker barədə məlumat yaymışdı.