RU

Premyer Liqaya vəsiqə qazanan klubda ƏN BÖYÜK PROBLEM

I Liqada çıxış edən “İmişli” rəhbərliyi komandanın ev oyunlarını keçirdiyi şəhər stadionunun meydanının ot örtüyünün dəyişdirilməsi üçün yerli İcra Hakimiyyətindən və AFFA-dan cavab gözləyir.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Misli Premyer Liqasına vəsiqəni təmin edən bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

Klub rəsmisi yeni mövsümdə də ev oyunlarını Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirmək niyyətində olduqlarını söyləyib:

“Bu barədə qəti fikir bildirmək hələ tezdir, bütün məsələlərə çempionat bitdikdən sonra aydınlıq gələcək. İstəyimiz odur ki, yeni mövsümdə də oyunlarımızı İmişlidə keçirək.

Meydanın ot örtüyü yaxşı vəziyyətdə deyil. Bununla bağlı İmişli rayon İcra Hakimiyyətinə, AFFA-ya, Gənclər və İdman İdarəsinə müraciət etmişik və cavab gözləyirik”.

A.Mürsəlov zərurət yaranacağı təqdirdə Bakıda da oynaya biləcəklərini bildirib:

“Ot örtüyünün yenilənməsindən əlavə, stadionda görülməli digər işlər də var. İnfrastruktur Premyer Liqa səviyyəsinə uyğun olmalıdır.

Müəyyən standartlara cavab verməlidir. Zərurət yaranarsa, Bakıda oynaya bilərik.

Ancaq bizim üçün prioritet ev oyunlarımızı İmişli şəhər stadionunda keçirməkdir”.

"İmişli"Liqada 24 turdan sonra 47 xalla ikinci pillədə qərarlaşıb.

Избранный
0
sportinfo.az

1Источники