"Qarabağ" UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə əvvəlcədən nəzərdə tutulduğu kimi I deyil, II təsnifat mərhələsindən başlayacaq.

Offsideplus.az xəbər ki, bu, PSJ-nin yarışın finalına vəsiqə qazanmasından sonra mümkün olub.

"Qarabağ"la yanaşı, Slovakiya çempionu "Slovan" da qitənin ən nüfuzlu turnirinə ikinci təsnifat mərhələsindən qoşulacaq.

Ağdam təmsilçisinin rəqibi iyunun 18-də məlum olacaq. Komandamız ikinci seçmə mərhələdə oyunlarını iyulun 22-23-də və 29-30-da keçirəcək.