46 yaşlı kişi qeyri-rəsmi yaşadığı sevgilisinin əl qolunu bağlayıb əvvəlcə onu döyüb. Daha sonra ülgüclə qadının saçını qırxıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Masallıda olan hadisə ilə bağlı zərərçəkmiş qadın özü polisə məlumat verib. Təxminən 3 saat sonra qadını döyməkdə şübhəli bilinən Anar Məmmədli polis tərəfindən saxlanıb. Anar barəsində inzibati protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib. Anar Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.
Millət vəkili Nurlan Həsənov hesab edir ki, qanunvericilikdə belə cinayət törədənlərlə bağlı verilən qərarlar kifayət qədər dolğundur. Deputat deyir ki, məhkəmə hələ onun törətdiyi cinayətlə bağlı qərarı araşdırmanın sonunda verəcək.
Baş vermiş hadisə, yəni qadının aldığı travma və hadisənin ağırlığının fonunda cinayət əməlini törədən şəxsə verilən 8 sutka həbs cəzası yetərlidrmi?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.