RU

Raffaele Palladino “Fiorentina” ilə yeni müqavilə bağladı

İtaliyalı futbol mütəxəssisi Raffaele Palladino A Seriyasında mübarizə aparan “Fiorentina” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Raffaele Palladino 2024-cü ilin iyul ayından “Fiorentina”nı çalışdırır. Onun rəhbərliyi altında “Fiorentina” 49 oyun keçirib, 24 qələbə qazanıb, 11 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb. Florensiya təmsilçisi A Seriyasının cari mövsümündə 35 oyuna 59 xalla 8-ci pillədə qərarlaşıb.

Raffaele Palladino məşqçiliyə 2021-ci ildə “Montsa”nın U-19 komandasında başlayıb. 2022-ci ilin sentyabr ayından isə o, bu klubun əsas komandasına rəhbərlik etməyə başlayıb. Palladino “Montsa”nı 73 oyuna çıxarıb. A Seriyası təmsilçisi bu görüşlərdə 26 qələbə qazanıb, 21 heç-heçə edib, 26 məğlubiyyət görüb. Palladino “Montsa”dan məhz “Fiorentina”dan aldığı təklifə görə ayrılıb.

Избранный
0
arena.az

1Источники