Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 9–11 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada “Böyük Dəbilqə” turniri keçiriləcək.
Publika.az xəbər verir ki, Azərbaycan bu yarışda qadınlardan ibarət yığma komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.
Qadınlar
-48 kq
Könül Əliyeva