Azərbaycanda bir sıra siyasi partiyalara dövlət tərəfindən ayrılan maliyyə vəsaiti dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, Ağ Partiyanın sədri Tural Abbaslı məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, bu qərar Milli Məclisdə təmsil olunmayan əksər partiyalara şamil edilib.
O qeyd edib ki, “Siyasi partiyalar haqqında qanunda” çox ağır şərtlər var və Azərbaycanın real şəraitini əks etdirmir:
“Bu qaydalar yeni qəbul olunduğu üçün bir çox partiyalar uyğunlaşa bilmir. Bu səbəbdən də sənədlərin həmin qaydalara uyğun təqdim olunmaması əsas gətirilir. Əslində bu, aylıq 2000-3000 manat civarında simvolik bir məbləğ idi. Yenə də mərkəzi ofisin kommunal xərclərini ödəmək üçün lazım idi. Düşünürəm ki, “Siyasi partiyalar haqqında” qanunda dəyişikliklər və əlavələr olmalıdır. Əks halda Azərbaycanda normal partiya fəaliyyəti ilə məşğul olmaq çətin olacaq”.