RU

Paşinyan sələflərinə meydan oxudu: Ermənistan “günah keçisi” axtarışında...

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə Ermənistan cəmiyyətində olduğu kimi, siyasi elitasında da gərginlik və qarşıdurmanı artırmaqdadır. Müharibənin başa çatmasından 5 il ötsə  də, Ermənistan siyasi səhnəsində sabiq və indiki rəhbərliyin ölkənin üzləşdiyi böhrana görə bir-birlərini amansızcasına ittiham etməsi bundan xəbər verir.

Bügünlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin sabiq prezidentləri Ter-Petrosyan, Koçaryan və Sarkisyanı debata çağırması da bu qarşıdurmanın günü-gündən alovlandığını göstərır. Hər bir siyası lider mətbuata verdiyi açıqlamalar, habelə, debat və müsahibələr  vasitəsiylə haqlı olduğunu sübüt etməyə, Ermənistanın üzləşdiyi məğlubiyyət və fəlakətlərdə pay sahibi olmadığını isbatlamağa cəhd edir. Halbuki, Ermənistanın indiki acınacaqlı vəziyyyətinin yeganə səbəbinin onun Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti olduğu birmənalıdır. Hansı ki, bu siyasətdə Ermənistanın həm keçmiş, həm də indiki rəhbərliyi eyni səviyyədə - qatil statusda yer almış, onların hamısının əli Azərbaycan xalqının qanına batmışdır.

Başqa sözlə desək, Ter-Petrosyan, Koçaryan, Sarkisyan və Paşinyan Azərbaycan xalqı və beynəlxalq hüquq qarşısında eyni dərəcədə günahkardır. Çünki Paşinyanın sələfləri Xocalı və onlarla digər soyqırımlarının müəllifləri olduqları kimi, Paşinyan və onun komandası da Gəncə qətliyamı və digər cinayətlərin müəllifi olmuşdur. Onların hamısı “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün qanlı cinayətlər imza atmış və əməllərinin məntiqi nəticəsi olaraq “Dəmir yumruğ”un ölümcül zərbələri altında işğalda saxladıqları torpaqlardan rüsvayçı şəkildə qaçmışdır.

Bu gün Ermənistanın hərbi-siyasi eşalonu kütləvi şəkildə müqəssir axtarışına çıxaraq məğlub ölkənin acınacaqlı durumunu konkret şəxslərlə əlaqələndirməyə, konkret isimləri “günah keçisi” elan etməyə çalışır. Və bunun fonunda Azərbaycana qarşı revanşist və düşmənçilik meyillərini davam etdirməyə can atır. Halbuki, bu siyasət gələcək Ermənistan üçün yeni məğlubiyyət və yeni müqəssirlər deməkdir.

Ümid edək ki, Ermənistan ictimaiyyəti, eləcə də rəsmi İrəvan nə vaxtsa üzləşdikləri problemlərin kökünü fərdlərdə deyil, yürütdükləri siyasətdə axtaracaq, siyasi rəhbərləri deyil, düşüncələri dəyişməyin vacibliyini anlayacaqlar. Məhz o zaman Ermənistan bir dövlət olaraq rahatlıq tapacaq, öz qondarma tarixində ilk dəfə müqəssir axtarmaq əziyyətinə qatlaşmayacaq.

Seymur ƏLİYEV

 

Избранный
0
moderator.az

1Источники