RU

Almaniya Daxili İşlər Nazirliyi sığınacaq axtaranların ölkəyə giriş icazəsinin ləğv edildiyini açıqlayıb

Almaniyada sığınacaq axtaranlar üçün 2015-ci ildən qüvvədə olan giriş icazəsi qüvvəsini itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Aleksandr Dobrindtə istinadən məlumat yayıb.

Bundan əlavə, hakimiyyət ölkə sərhədində vəziyyəti yoxlayan polis əməkdaşlarının sayının artdığını açıqlayıb.

Mayın 6-da Almaniya parlamenti yeni kansler üçün səs verib. Fridrix Merz yeni koalisiyanın əsas prioritetləri arasında sərhəd təhlükəsizliyinin yaxşılaşdırılmasını və qeyri-qanuni mühacirlərin deportasiyalarının sayının artırılmasını, eləcə də təchizat zənciri qanununun ləğvini və alman bürokratiyasının azaldılmasını qeyd edib.

Избранный
0
nocomment.az

1Источники