RU

Vyetnam-Azərbaycan münasibətlərinin tarixində yeni səhifə açır - To Lam

Ölkələrimiz (Vyetnam və Azərbaycan - red.) arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir.

Olaylar xəbər verir ki, bu sözləri Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

"Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq", - deyə Baş katib əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
22
olaylar.az

10Источники