RU

CNN daha bir Amerika F-18 qırıcısının Qırmızı dənizə düşdüyünü bildirib

Amerikanın USS Harry S. Truman təyyarədaşıyan gəmisinə məxsus daha bir F/A-18 Super Hornet döyüş təyyarəsi Qırmızı dənizə düşüb.

Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb .

"Hadisə ilə tanış olan iki nəfərin sözlərinə görə, təyyarə dənizə düşüb və hələ də tapılmayıb", - məqalədə deyilir.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib, lakin iki mənbə təyyarədaşıyıcıya eniş cəhdi zamanı xətanın baş verdiyini paylaşıb.

Избранный
0
aznews.az

1Источники