Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-11-ci kilometrliyində əkilən çox sayda ağac quruyub.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, ağacların qurumasına səbəb baxımsızlıqdır.
Ərazidə ağacların damcı üsulu ilə su içməsi üçün şlanqlar quraşdırılıb, lakin faciəli vəziyyət ondan ibarətdir ki, suyu verən mənbə yoxdur.
Digər bir məsələ isə odur ki, xeyli ağacın da yeri boşdur. Bəlkə də, su tapmayan ağaclar ərazidən “qaçıb”, yaxud da qaçırılıblar.
Görüntüləri təqdim edirik: