RU

"Rusiya Ukrayna ilə danışıqlarda həddindən artıq çox şey tələb edir" - ABŞ vitse-prezidenti

"Bu, Ağ Evdə Moskvanı sülh danışıqlarına cəlb etməyə çalışmaq cəhdlərindən doğan məyusluğun yeni əlamətidir..."
 
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Rusiya Ukraynadakı müharibənin dayandırılması üzrə sülh danışıqları çərçivəsində "həddindən artıq çox şey" tələb edir.
 
Moderator.az xəbər verir ki, o, bu barədə liderlərin Vaşinqtonda keçirilən Münhen görüşündə çıxışında bəyan edib. Məlumatı "zn.ua" nəşri yayıb.
 
Vens qeyd edib ki, həm o, həm də ABŞ prezidenti Donald Tramp genişmiqyaslı işğalı pisləyib. Bununla belə, o vurğulayıb ki, "münaqişəni bitirmək üçün qarşı tərəfin hansı mövqedən çıxış etdiyini anlamaq lazımdır".
 
"Prezident Tramp çox şüurlu şəkildə hərəkət edərək rusiyalıların açıq şəkildə münaqişəni bitirmək üçün nə istədiklərini deməsinə nail olub. Yenə də siz bununla razılaşmaya bilərsiniz. Siz hesab edə bilərsiniz ki, onların tələbləri həddindən artıqdır. Əlbəttə, rusiyalılar ilk dəfə sülh şərtlərini irəli sürdükləri zaman bizim reaksiyamız belə olub: "Siz çox şey tələb edirsiniz". Amma danışıqlar da məhz belə aparılır", - Vens bildirib.
 
ABŞ-ın vitse-prezidentinin sözlərinə görə, hazırda rusiyalılar onların fikrincə münaqişənin başa çatması üçün zəruri olan bir sıra tələblər və güzəştlər irəli sürür. "Biz hesab edirik ki, onlar çox şey tələb edir", - Vens bir daha vurğulayıb.
 
O, eyni zamanda əlavə edib ki, təbii ki, ukraynalılar danışıqlarda mühüm rol oynayır: "Onlar, heç olmasa, birbaşa münaqişənin tərəflərindən biridir. Biz soruşmalıyıq: bu münaqişənin uğurla başa çatması üçün ukraynalılara nə lazımdır?"
 
"Politico" nəşri qeyd edib ki, bununla Vens Trampın Ağ Evdə Moskvanı sülh danışıqlarına cəlb etməyə çalışmaq cəhdlərindən doğan məyusluğun yeni əlamətlərini vurğulayıb.
 
Qeyd olunur ki, vitse-prezident açıq şəkildə bildirib: çox güman ki, Rusiya güzəştlərə getməli olacaq və bu, Tramp administrasiyasının Rusiya prezidenti Vladimir Putinə qarşı daha sərt mövqe tutmağa hazır olduğunun göstəricisidir.
 
Ukraynadakı müharibənin başa çatması ilə bağlı danışıqlar: Trampın bəyanatı
 
Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp bildirib ki, həm Rusiya, həm də Ukrayna müharibənin nizamlanmasına hazırdır, Putin isə neftin ucuzlaşması fonunda, guya, sülhə daha çox meyil göstərməyə başlayıb: 
 
"Neft ucuzlaşıb, biz nizamlanma üçün yaxşı vəziyyətdəyik, onlar Ukraynadakı müharibəni nizamlamaq istəyir. Ukrayna  nizamlanma istəyir… Uzun yol keçmişik və bəlkə də nəsə baş verəcək, amma ümid edirəm ki, bu baş verəcək".
Избранный
0
50
moderator.az

10Источники