RU

“Neftçi”dəki 6 nəfər – 3-ü yerlidir, 3-ü əcnəbi

“Neftçi”nin “Kəpəz”lə oyununa baxdız?

Sonuncu dəfə “Neftçi”nin bu qədər aciz və çarəsiz duruma düşdüyünü xatırlamıram, açığı. Gəncəli dostlardan birinin “müstəqillik tarixinin ən zəif “Neftçi”si düşüb əlimizə deməsi” acı həqiqətlə dolu gerçək durum idi.

“Kəpəz”in yerində başqası olsaydı, “Neftçi”yə azı 5 top vurardı. Müdafiəçilərlə qapıçının ayaqları tir-tir əsirdi. Rəqibin hər hücumu zamanı şortları ağırlaşırdı.

Meydanda can qoyan bir Bassala Sambu idi, o da Qırtımovla Xvalkonun arasından çıxa bilmirdi. Daha doğrusu, hücumçunu topla təmin edə bilmirdilər.

Samir Abasov mətbuat konfransında ona ünvanladığım “sərəncamınızdakı futbolçuları torbaya yığıb, 9-cu mərtəbədən aşağı atsaq, “Neftçi”nin adına layiq neçə nəfər sağ qalar” sualına cavab vermək istəmədi.

Əslində, sözlər dodaqlarından qopmağa çalışırdı. Özünü güc-bəla ilə saxladı. Reallığı açıb-ağartmaqdan ehtiyat etdi. Axı böyük əksəriyyətinin klubla müqaviləsi var Mövsümün sonunda ortaq məxrəcə gəlib yolları ayırmaq üçün “körpüləri yandırmamaq” mütləqdir.

“Neftçi”nin heyətini gözlərimin önündə canlandırdım. Növbəti mövsümdə ağ-qara rənglərin məsuliyyətini daşıyıb, komandaya kömək edə biləcək neçə nəfər var?

Yuri Matias? Yox!

Höccət Haqverdi? Əsla!

Azər Salahlı? Çoxdan getməlidir!

Ramil Şeydayev? “Neftçi”də nə işi var axı onun?

Filip Ozobiç? Xidmətlərinə görə sağ olsiun, ancaq əvvəlki deyil.

Azər Əliyev? Getsin, görüm, Rusiya Premyer Liqasında pna salam verən tapılacaq.

Darbo, Boqomolski, Ohori, Bauer, Quzzo, Ştoqrin, Konte, Aleks, Kuç – hamısını eyni təyyarədə yola salmaq lazımdır. Bunlardan “Neftçi”yə kömək edən olmaz. Pul iyinə gələnlərdir hamısı.

Gələn mövsümdə komandaya kömək edə biləcək 5-6 nəfər var. Onlar da tam gözlənilən səviyyədə deyil ha, zəiflərin içində qismən seçilənlərdir. Adlarını çəkim?

Rza Cəfərov, Mustafa Sek, Ervin Koffi, Elvin Camalov, Emin Mahmudov, Bassala Sambu.

Vəssalam!

Başqası var?

HƏBİB

Избранный
0
sportinfo.az

1Источники