RU

Rusların “ən darıxdırıcı” saydıqları peşələr...

...Rusiya sakinlərinin hansı işi ən darıxdırıcı hesab etdikləri məlum olub. Mühafizəçi peşəsi antireytinqdə birinci olub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “SuperJob” yüksək maaşlı iş axtarışı xidmətinin mətbuat xidməti xəbər verir ki, analitiklər 1600 rusiyalı arasında sorğu keçirib və onların 15 faizinin belə düşündüyünü müəyyən ediblər.

Mütəxəssislərin fikrincə, kişilər qadınlardan daha çox mühafizəçi peşəsini darıxdırıcı adlandırırlar – 19 faizə qarşı 10 faiz.

Üstəlik, mühafizəçi peşəsini bu baxımdan görən rusların ümumi sayı il ərzində üç faiz bəndi artıb.

Ən darıxdırıcı peşələr siyahısında ikinci yeri mühasib tutub. Respondentlərin 7 faizi bu fikirdədir. Rusların daha 5 faizi əmindir ki, işdə ən çox cansıxıcı olanlar mühafizəçilərdir.

Ruslara görə ən darıxdırıcı peşələrin ilk 5-liyinə həm də satış işçiləri (4 faiz) və mühafizəçilər (3 faiz) daxildir.

...Əvvəllər məlum olub ki, Rusiya vətəndaşları ən çox hansı səbəbdən işlərini dəyişirlər.

Nazlı Almuradova

Избранный
0
sia.az

1Источники